Laçında traktor minaya düşüb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində 2026-cı il 25 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.

Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

“turaninsesi.az” xəbər verir ki, Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Arzu Paşaqızı