Bakıda xəstəxanada partlayış: ölən və yaralanan var – ADLAR-YENİLƏNDİ

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.

turaninsesi.az ” bildirir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

***

15:35

Milli Onkologiya Mərkəzində partlayış olub.

turaninsesi.az ” xəbər verir ki, nəticədə orada müalicə olunan Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdşaları hadisə yerindədir.

Araşdırma aparılır.

Arzu Paşaqızı