Azərbaycanda zəlzələ oldu – YENİLƏNDİ

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan “turaninsesi.az ”a verilən məlumata görə, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub. 

Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.

15:20

Azərbaycanda zəlzələ olub.

“Yeni Sabah” xəbər verir ki, yerlatı təkan bir neçə rayonda hiss edilib.