Kəmaləddin Heydərov onlara yüksək vəzifə verdi
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerlərini dəyişib.
“turaninsesi.az ” xəbər verir ki, nazirin müvafiq əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Şimal-Qərb Regional Mərkəzinin rəisi, polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin edilib.
Arzu Paşaqızı