Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

turaninsesi.az ” xəbər verir ki, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.

Arzu Paşaqızı