Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar qardaş ölkənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.

Nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir