Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən robot alıb

Azərbaycan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alıb.

Turanın səsi” in xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən alınan texnika işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.

Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.

Xatırladaq ki, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir