Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ediləcək-Əmrullayev
Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ediləcək.
“turaninsesi.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək sertifikatlaşdırma prosesinə 104 min təhsil işçisi cəlb olunub:
“Onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib. Daha 17,5 min təhsil işçisinin əməkhaqqına əlavə ödənişlərin edilməsi proqnozlaşdırılır”.
Bildirilib ki, 2026-cı il iyunun 17-25-də keçirilən sertifikatlaşdırmada ilk dəfə təxminən 20 min müəllim iştirak edib:
“Həmçinin ilk dəfə sertifikatlaşdırma aparılan fənlər üzrə-tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 16 569 nəfər iştirak edib. Təxminən 6 min müəllim isə müəllimlərin işə qəbulu müsabiqəsinin bütün mərhələlərini tamamlayaraq məktəblərdə fəaliyyətə başlayıb”.
Arzu Paşaqızı