Zelenski: “Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb”

“Ukraynada 4,5 milyondan çox insan işıqsız qalıb”.

Turanın səsi”in məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.

“Bu gün axşam saatlarında Kiyevdə və 6 regionda stabilləşdirici elektrik enerjisinin kəsilməsi davam edir. 4,5 milyondan çox istehlakçı işıqsız qalıb. Bu, həqiqətən də çətindir”, – o deyib.

Onun sözlərinə görə, həftə ərzində enerji sektorunda vəziyyətin mümkün variantları ilə bağlı rəsmi şəxslər, enerji şirkətləri və regional administrasiyaların nümayəndələri ilə bir sıra xüsusi görüşlər keçirilib:

“Biz hər bir ssenarini ətraflı nəzərdən keçiririk və cavab tədbirləri hazırlayırıq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir