Zelenski NATO Parlament Assambleyasında çıxış edəcək

İspaniyanın Madrid şəhərində NATO Parlament Assambleyasının 68-ci illik sessiyası açılır.

Turanın səsi ” xəbər verir ki, bazar ertəsi Alyansın Baş katibi Yens Stoltenberq, Ukrayna Prezidenti Volodimir Zelenski (videoformatda) və İspaniyanın Baş naziri Pedro Sançesin çıxış edəcəyi gözlənilir.

Assambleyada 30 Alyans ölkəsindən, həmçinin NATO-nun tərəfdaş ölkələrindən 288 parlamentari iştirak edəcək.

Xatırladaq ki, Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayevin NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəyi bildirilmişdi.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir