Zelenski indiyədək Ukraynaya atılan raketlərin sayını açıqlayıb

Müharibənin başlanğıcından Rusiya Ukraynaya 4 700 raket atıb.

Turanın səsi”  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Frankofoniya ölkələrinin beynəlxalq təşkilatının iştirakçılarına videomüraciətində deyib.

Dövlət başçısı videomüraciətində müharibəni dayandırmağa çağırış edib və Ukraynanın “sülh formulu”ndan danışıb:

“Yüzlərlə şəhərimiz sadəcə olaraq yandırılıb. Minlərlə insan ölüb. Yüz minlərlə insan Rusiyaya zorla deportasiya edilib. Milyonlarla insan müharibədən qaçmaq üçün Ukraynadan başqa ölkələrə gedib.

Biz bunu dayandırmalıyıq. Biz Rusiyanın təcavüzünü dayandırmalıyıq. Sülhün qayıtması mümkündür. Amma o zaman mümkündür ki, dünyada hamı heç kimin bir gün də terrora layiq olmadığını başa düşsün”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir