Volodimir Zelenski ölkəsini qorumaq üçün dünyadan kömək istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsini qorumaq üçün dünyadan kömək istəyib.
“Turanın səsi ” xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.
“Mən dünyanı Rusiya terroruna qarşı durmağa çağırıram. Ukraynanı özünü qorumaq üçün əlavə vasitələrlə təmin edin. Rusiya bu müharibədə uduzmalıdır”, – Zelenski yazıb.
O, dünya dövlətlərini Rusiyaya qarşı mübarizəyə çağırıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.