ÜST: “Avropa və ABŞ-da uşaqlarda respirator xəstəlikləri artıb”

” Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveç daxil olmaqla, bir sıra ölkələrdə uşaqlarda respirator xəstəliklərinin qeyri-adi dərəcədə güclü artımı müşahidə olunub.

Turanın səsi” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq xəstəlikləri üzrə eksperti Uilson Uer məlumat verib.

Onun sözlərinə görə, bu, xəstəliyə səbəb olan virusların dəyişməsi və bəzi uşaqlarda buna qarşı immunitetin olmaması ilə əlaqədardır: “Uşaqlar, xüsusən də 10 yaşdan kiçik olanlar arasında respirator xəstəliklərində artım müşahidə edirik”.

U.Uer əlavə edib ki, hazırda bu xəstəliklərin yayılması ötən illərdəki qrip mövsümləri ilə müqayisədə daha yüksəkdir.

O deyib ki, bu xəstəliklərdən qorunmaq üçün ilk növbədə gigiyenaya riayət etmək, həmçinin burun və ağız nahiyəsini maska ​​və ya parça ilə örtmək lazımdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir