Ukrayna Belarusla sərhədi möhkəmləndirir

Ukrayna Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda Belarusla sərhədi möhkəmləndirir.

“Turanın səsi”  xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.

“Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq”, – deyən Yenin bura atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxil olduğunu vurğulayıb.

“Hava hücumundan müdafiə sistemimiz sayəsində biz Rusiya tərəfinin buraxdığı pilotsuz uçuş aparatlarının 90 %-ni vura bildik”, – deyə o, paytaxtın enerji infrastrukturunun bir hissəsinin xeyli zədələndiyini və energetiklərin elektrik enerjisini bərpa etmək üçün gecə-gündüz işləməli olduğunu etiraf edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir