Türkiyə ordusu İraqın şimalında şəhid verib

Türkiyə ordusu İraqın şimalında keçirdiyi “Pənçə- Kilit” əməliyyatında daha bir şəhid verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, çavuş Ali Demir terrorçularla gedən döyüşlər zamanı yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.