Rusiya Ermənistana yanacaq göndərdi

Rusiya Ermənistana 15 min ton benzin və 20 min ton dizel yanacağı tədarük edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya tərəfi bunu 2013-cü ilin dekabrında imzalanmış müvafiq hökumətlərarası saziş çərçivəsində icra etdiyini vurğulayıb.
Nazirlik vurğulayıb ki, Rusiya Ermənistanın yaxın, orta və uzunmüddətli perspektivdə Qarabağ ermənilərinə humanitar yardım göstərilməsi xahişini də nəzərdən keçirir, yaxın günlərdə respublikaya göndərilə biləcək əşyaların siyahısı artıq hazırlanıb.