Putin Ukrayna ilə danışıqlar şərtini açıqladı: Fərmanı ləğv etdirin

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Ukraynanın danışıqlara hazır olduğuna inandıqları təqdirdə, Volodimir Zelenskinin fərmanını ləğv etdirməyə çağırıb.
“Turanın səsi ” “Vedomosti”yə istinadla xəbər verir ki, o, bu barədə EEF-in plenar iclası zamanı bildirib.
“Əgər Birləşmiş Ştatlar Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Ukrayna prezidentinin danışıqları qadağan edən fərmanını ləğv etdirsinlər”, – deyə dövlət başçısı vurğulayıb.
Sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken Moskvanın təşəbbüs göstərəcəyi təqdirdə Kiyevin danışıqlarda iştirak edəcəyini bildirib. O əlavə edib ki, ABŞ bu məsələdə Ukraynanı təhrik edəcək.