Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər iyunun 9-dək davam edəcək.
Məlumata görə, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının hökumətlərarası, eləcə də MDB ölkələrinin hökumət başçılarının iclasına da qatılacaq.