KİV: Rusiya silah istehsalını artırıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_082710.jpg)
Rusiya sənayesi son bir ildə ilk dəfə olaraq Ukraynaya qarşı müharibə səbəbindən xərclərin artması fonunda hərbi istehsal ilə əlaqəli sektorun yüksəlməsi sayəsində gözlənilmədən artım nümayiş etdirir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Nəşr qeyd edir ki, mart ayında Rusiya Federasiyasının sənaye istehsalı ötən illə müqayisədə 1,2% artıb, iqtisadçılar isə bu göstəricinin 1,4% azalacağını proqnozlaşdırırdılar.
Məlumata görə, dağ-mədənçilik və faydalı qazıntılar hasilatı 3.6 % azalıb, silah və sursat da daxil olmaqla hazır metal məhsullarının istehsalı 30% artıb.
Artım, həmçinin, aviasiya və raket mühərrikləri üçün hissələri, optik cihazları və digər sistemləri də əhatə edən kompüter, elektron və digər yüksək texnologiya məhsullarının istehsalınl da yan keçməyib. Bu sahədə 23 %-lik yüksəlmə qeydə alınıb.
Bloomberg bildirir ki, döyüş maşınları, təyyarələr və gəmilərin də daxil digər nəqliyyat vasitələrinin istehsalı 10%-dən çox artıb.