Ermənistanda baş nazirin müavini və nazir istefa verib 

Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan istefa verib.

Turanın səsi” in xəbərinə görə, bu barədə Ermənistan KİV məlumat yayıb.

Onun istefasının səbəbi açıqlanmayıb.

Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.

Turanın səsi” “Sputnik Armenia”ya istinadən bildirir ki, bu barədə nazirlik məlumat yayıb.

V.Dumanyanın istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, V.Dumanyan 1962-ci ildə anadan olub. O, 2008-2019-cu illərdə İrəvan Dövlət Universitetinin nəzdində Ali Attestasiya Komissiyası yanında “Riyazi kibernetika” ixtisaslaşdırılmış şurasının elmi katibi olub.

2021-ci il avqustun 3-də Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri təyin edilib.

Xatırladaq ki, V.Dumanyan ötən ilin avqustunda mətbuatın gündəminə gəlmişdi. Həmin dövrdə onun hərbi xidmətdə olan oğlu Qevorq İrəvan şəhərinin Çarab Axbyur küçəsində qəza törətmişdi.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir