Daha bir FETÖ əməliyyatı – 20 nəfər tutuldu

Türkiyənin İzmir şəhərində FETÖ qruplaşmasına qarşı əməliyyat keçirilib.
“Turanın səsi ” TRT-yə istinadən xəbər verir ki, əməliyyat antiterror şöbəsi tərəfindən təşkil edilib.
Əməliyyat çərçivəsində 20 şübhəli saxlanılıb.
Onların evindən külli miqdarda pul, rəqəmsal materiallar, saxta kimliklər aşkar edilib.