Bu gün Volodimir Zelenskinin 45 yaşı tamam olur


Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin doğum günüdür.

Turanın səsi ”  xəbər verir ki, onun 45 yaşı tamam olur.

Qeyd edək ki, Volodimir Oleksandroviç Zelenski 1978-ci il yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində doğulub.

1995-ci ildə orta məktəbi bitirib. V.Zelenski Kiyev Milli İqtisadiyyat Universitetinin Krivoy Roqdakı İqtisadiyyat İnstitutunda ali təhsil alıb. Amma heç vaxt öz ixtisası üzrə işləməyib.

O, 2003-cü ilin sentyabrında məktəbdən dostluq etdiyi Olena Zelenskaya ilə ailə həyatı qurub. Cütlüyün 2004-cü il iyulun 15-də Aleksandra adlı qızı, 2013-cü ilin yanvarın 21-də Krill adlı oğlu dünyaya gəlib.

V.Zelenski siyasətçi, prezident olmaqla yanaşı, həm də şoumen, aktyor, rejissor, ssenarist, prodüser və bədii direktor kimi də tanınıb.

O, 2019-cu ilin mayın 20-də Ukrayna Prezidenti seçilib. V.Zelenski 2015-ci ildə “Xalqın xidmətçisi” adlı televiziya serialında Ukrayna Prezidenti rolunu oynayıb. O, bu rolla ölkədə məşhurlaşıb. Eyni adlı partiya quraraq hakimiyyətə gəlib. Həmin rolda V.Zelenski, təxminən, 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkisində qələbə qazanan tarix müəllimi obrazını canlandırıb.

Zelenski 2013–2014-cü illərdə Avromeydan hərəkatını və Donbas müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləyib. 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxıb. 2018-ci ildə baş rolda yer aldığı romantik-komediya janrında olan “Böyük şəhərdə sevgi 2” filmi ölkədə qadağa olunub.

45 yaşlı V.Zelenski Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi 2022-ci il fevralın 24-dən Rusiyanın işğalçı müharibəsinə qarşı mübarizəyə başçılıq edir.

Xatırladaq ki, Ukrayna liderinin atası Oleksandr Semenoviç Zelenskinin 75 yaşı var. O, texnika elmlər doktoru, professor, Krivoy Roqdakı İqtisadiyyat İnstitutun kompüter elmləri şöbəsinin müdiridir. V.Zelenskinin anasının Rimma Vladimirovna Zelenskyanın isə 72 yaşı var. O, 4 il Monqolustanın Erdenet şəhərində yaşayıb, orada birinci sinfi bitirib. Daha sonra ingilis dilini dərindən öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq orada təhsilini davam etdirib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir