BMT hakimi: “Britaniya qul ticarətinə görə 24 trilyon ABŞ dolları təzminat ödəməlidir”

“Böyük Britaniya transatlantik qul ticarətinə görə Karib hövzəsi ölkələrinə 24 trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir”.
“Turanın səsi ” “The Guardian”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Patrik Robinson deyib.
“Onlar (Böyük Britaniya) insanın qeyri-humanistliyini simvolizə edən ən pis vəhşiliyə məhəl qoymamağa davam edə bilməz. Digər cinayətlərə görə təzminatlar ödənilib və bəşəriyyət tarixindəki ən dəhşətli vəhşiliyə – transatlantik qul əməyi sisteminə görə kompensasiya ödənilməsindən da tez müddətdə. İnanıram ki, Birləşmiş Krallıq təzminat ödənilməsi hərəkatı ilə mübarizə apara bilməyəcək. Tarix və qanun bunu tələb edir”, – P.Robinson bildirib.