Blinken: “Seçkilərin nəticələri Vaşinqtonun Kiyevə verdiyi dəstəyə təsir etməyəcək”

“ABŞ Konqresinə qarşıdan gələn aralıq seçkilərin nəticələri Vaşinqtonun Kiyevə verdiyi dəstəyə təsir etməyəcək”.

Turanın səsi” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CBS” telekanalına müsahibəsində deyib.

“İndi biz ABŞ-da Ukraynaya ikipartiyalı dəstəyin şahidi olduq”, – diplomat bildirib.

Blinken qeyd edib ki, həm respublikaçılar, həm də demokratlar Ukrayna xalqına kömək etməkdə qərarlıdırlar:

“Mən bunun əsaslı şəkildə dəyişəcəyini proqnozlaşdırmıram. Heç kim gələcəyi proqnozlaşdıra bilməz, lakin indiyə qədər gördüklərimizə əsasən, məncə, dəstək var, o, sarsılmazdır və ikipartiyalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir