Bioloqlar yeni ilan növünü aşkarlayıblar
Ekvadorun Milli Biomüxtəliflik İnstitutunun bioloqları yeni ilan növünü aşkarlayıblar.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “European Journal of Taxonomy jurnalında” məqalə dərc olunub.
Sürünənlərin yeni növünün uzunluğu 20 sm-ə çatır. Tədqiqatçılar ilana XX əsrin əvvəllərində Ekvadorda yerli xalqların hüquqları uğrunda mübarizə aparan fəal Dolores Kakuanqonun şərəfinə “Tropidophis cacuangoae” adını qoyublar.
Araşdırmaya əsasən, bu, qədim ilanların nəslindəndir. İlanın qədim mənşəyi onun ibtidai çanaq sümükləri ilə əsaslandırılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09