Baydenin köməkçisi: “ABŞ və Çin rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almağa çalışır”

“ABŞ və Çin rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almağa çalışır”.

Turanın səsi ”  xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bəyan edib.

“Əsas elementlərdənĺ biri odur ki, biz gərgin rəqabətlə yanaşı, intensiv diplomatiyanı da dəstəkləyirik”, – Sallivan bildirib.

Bununla bağlı Amerika liderinin köməkçisi qeyd edib ki, mayın 10-11-də o, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə görüşüb.

O, qeyd edib ki, Vaşinqton hakimiyyəti gələcək aylarda bu işin davam edəcəyini və yüksək rütbəli ABŞ rəsmilərinin çinli həmkarları ilə qarşılıqlı əlaqədə olacağını gözləyir. Sallivan həmçinin ümid etdiyini bildirib ki, bu təmaslar ABŞ Prezidenti Cozef Bayden və Çin sədri Si Cinpin arasında görüşə şərait yaradacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir