Zelenski mühüm sənədi İMZALADI

Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıblar.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Ukrayna Norveçin xarici siyasətinin əsas prioriteti olaraq qalır və bu gün biz müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzaladıq”, – Störe Osloda Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Norveç Ukraynanın suverenlik uğrunda mübarizəsini və onun özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir:

“Lakin bu, birtərəfli əlaqə deyil, qarşılıqlı əməkdaşlıqdır. Biz Norveç və Ukrayna arasında strateji tərəfdaşlıq üzərində işləməyə razılaşdıq, çünki Ukrayna bunun müqabilində çox şey verir”.

Arzu Paşaqızı