Aİ XİN başçıları Rusiya və İrana qarşı sanksiyaları təsdiqləmək niyyətindədirlər

Dekabrın 12-də Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Aİ Xarici İşlər üzrə Şurasının 2022-ci ildə planlaşdırılan sonuncu iclası üçün bir araya gələcək. Onlar Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketini, İrana qarşı yeni sanksiyaları təsdiqləmək, həmçinin 2023-cü il üçün Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının maliyyələşdirilməsi mexanizmini razılaşdırmaq niyyətindədirlər.

Turanın səsi” TASS-a istinadən xəbər verir ki, nazirlər Ukraynaya silah tədarükünün ödənilməsi üçün Avropa Sülh Fondunun maliyyə həddinin 2 milyard avro artırılmasını müzakirə edəcəklər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Ukrayna Silahlı Qüvvələri üçün hərbçilərin hazırlanması üzrə Aİ proqramının icrası ilə bağlı nazirlər qarşısında hesabat verəcək.

Paralel olaraq Belçikanın paytaxtı Brüsseldə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videobağlantı vasitəsilə müzakirələrdə iştirak edəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir