ABŞ Şimali Koreyadan Rusiyaya silah ixracı ilə bağlı məlumatları BMT-yə təqdim edib
Amerika Birləşmiş Ştatları BMT-nin sanksiya komitəsinə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Rusiyaya silah tədarükünü özündə ehtiva edən məlumatları təqdim edib.
“Turanın səsi ” in verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Daha əvvəl qeyd etdiyimiz kimi, KXDR-dən silah ixracı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu pozuntuları Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcəyik”, – ABŞ rəsmisi əlavə edib.
Bundan əvvəl Kirbi brifinqdə bəzi peyk şəkillərini təqdim edib. Həmin fotolarda KXDR-dən Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinə silah tədarükü nümayiş olunub
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09