ABŞ qırıcısı Suriya səmasında Türkiyə PUA-sını vurdu

0

Suriya üzərindəki gərgin hava məkanında yeni beynəlxalq qalmaqala səbəb ola biləcək insident baş verib.

Məlumata görə Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən Həsəkə şəhəri üzərində vurulub.

Bildirilir ki, təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.

Pentaqondan qırıcının yanlışlıqla PUA-ya hücum etdiyi qeyd olunub.

Hadisədən sonra Pentaqon rəhbəri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülər ​​ilə telefon danışığı keçirib və Türkiyə qüvvələrinin Suriyadakı fəaliyyətini müzakirə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir