Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

Bu barədəTuranın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Dekabrın 5-də və 6-da Bakı şəhəri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Nəsimi rayonunun Cavadxan küçəsi 54 ünvanında 3 ağacın məhv edilməsi aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş Ş.Ələkbərova barəsində inzibati protokol tərtib edilib.
Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı Şüvəlan qəsəbəsi, çöllük ərazidə “Kamaz” markalı avtomobildən tullantıların boşaldılması və qalaqlanması, Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı isə Aşağı Güzdək qəsəbəsi ərazisində sənaye, məişət və digər qarışıq tullantıların qalaqlanması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “Kamaz” markalı avtomobilin sürücüsü S.Süleymanov və Aşağı Güzdək bələdiyyəsinin sədri S.İmamverdiyev barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir