Cəlilabadda “Sağlam bədəndə sağlam ruh” devizi altında yarışlar keçirilib

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər stadionunda gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon üzrə mərhələsi keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin, Cəlilabad Rayon Polis Şöbəsinin, Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilb. Daha sonra isə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Çıxışlarda qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.
Daha sonra yarışlara start verilib. Gənclər yarışların proqramında müəyyən olunan marşrut üzrə 3000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə üzrə yarışıblar.
Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir