Yolunuzu QUBADLIDAN Salın

Qubadlı rayonu zəngin təbiətə, xüsusilə Bərgüşad çayı sahilində unikal meşə və dağ mənzərələrinə sahibdir.

İşğaldan əvvəl rayonda bol istirahət guşələri olsa da, hazırda bölgəyə planlaşdırılan səyahətlər zamanı daha çox təbiət qoynunda gəzintilər üstünlük təşkil edir.

Qubadlı rayonunun Bərgüşad çayının sahilində yerləşən xudular kəndində “Hacılı” ailəvi istirahət mərkəzi və bu şəraiti hamımıza müqəddəs olan torpağımızda yaradan “Vətən oğlu” ikinci qrup Qarabağ Qazisi Elçin Şahgəldiyev Şirindil oğludur.

Belə ki, “Hacılı” ailəvi istirahət mərkəzi, təbiətin gözəllikləri ilə yaxından tanış olmağınız, Qubadlı mətbəxinin ləziz yeməklərindən dadmağınız üçün yolunuzu gözləyir.

Arzu Paşaqızı