Azərbaycan Məkkə konvensiyasına qoşulub – Baş prokuror
Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub.
“turaninsesi.az ” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
“Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirildi. Azərbaycan artıq korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konversiyasına qoşuldu. Yaxın zamanda bu konversiya ratifikasiya olunacaq”, – Baş prokuror deyib.
Onun sözlərinə görə, bu konversiyanın müddəalarının Azərbaycan qanunvericiliyi çərcivəsində impelementasiyası həyata keçiriləcək.
Baş prokuror bildirib ki, Azərbaycanın bu konversiyasına məhz indi qoşulması çox böyük əhəmiyyət kəsb edir: “Növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcək. Bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya mübarizə sahəsində İƏT-ə üzv olan bütün dövlətlərlə əməkdaşlıq olacaq”.
Arzu Paşaqızı