5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb – Rəsmi

Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları pul ayrılııb.

turaninsesi.az ” xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov bildirib.

O, İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş “Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi” tədbirində çıxış edib. 

Nazir müavini qeyd edib ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu vasitəsilə indiyə təxminən 70 min gəncə müxtəlif formalarda dəstək göstərilib.

Arzu Paşaqızı