Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Anım Günündə Vətən müharibəsində şəhid olmuş dörd hərbi qulluqçunun – Fərid Hüseynov, Mirsəfa Mirəşrəfbəyli, Elnur Bağırov və Ayaz Abasovun ailələrini ziyarət edib, gətirilən ərzaq yardımını onlara təqdim ediblər. Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, DİN-in Daxili Qoşunlarında xidmət etmiş şəhid hərbi qulluqçular Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında müxtəlif istiqamətlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəliblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir