Adil Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik etdi.

26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım istər ölkənin Birinci xanımı, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizdə həyata keçirilən xeyirxahlıq, sosial, mədəni, humanitar, idman layihələrinin əsas təşəbbüskarıdır. Beynəlxalq yarışlar, olimpiadalar, mədəni festivallar məhz Mehriban xanımın rəhbərlik etdiyi Təşkilat Komitələri tərəfindən ölkəmizdə ən yüksək səviyyədə təşkil edilir. Genişmiqyaslı fəaliyyətində şəhid ailələrini, qaziləri, aztəminatlı ailələri diqqət mərkəzində saxlayan Birinci vitse-prezident nəcibliyin, mərhəmətin, xeyirxahlığın simvoludur. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da qaldırılması istiqamətində uğurlu iş aparan, UNESCO VƏ İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva haqqında “Washington Times” qəzetində gedən məqalədə, Mehriban xanımı müsəlman qadınları üçün nümunəvi qadın obrazında səciyyələndirirlər. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, yorulmaz fəaliyyətində uğurlar arzu edirəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir