“Addım” Gənclərin İnkişaf  Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə təlim keçirilib.

Gəncədə, Sumqayıtda və Bakı Dövlət Universitetinin SABAH qruplarında psixologiya təhsili alan tələbələrə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilib.

 “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elşən Rüstəmov və layihənin rəhbəri Kamil Həmidov təlimlərdə ictimai birliyin fəaliyyəti, gənclər üçün yaratdıqları imkanlardan, eləcə də layihənin məqsəd və vəzifələrindən danışıblar.

Təlimçi psixoloq Ceyhunə Dəmirova isə interaktiv qaydada, qeyri-formal təhsil yanaşmasından istifadə edərək mövzunu tələbələrə çatdırmışdır. İştirakçılar mini qruplara bölünərək psixoloji tədqiqat prosesinin simulyativ modelini yaratmaqla təcrübə qazanıblar.

Tədbirlərin sonunda iştirakçılara kitabça, sertifikat, dəftərxana ləvazimatları təqdim edilib.

“Addım” Gənclərin İnkişaf  Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “PsixoTədqiqat: psixologiya təhsili alan tələbələrə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi” layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir