“Meymun” sözü işlədən Mourinyonun cəzalandırılması tələb olunur
“Qalatasaray” klubu “Fənərbaxça” ilə keçirilən son oyundan sonra futbolçularının ünvanına təhqiredici ifadələr işlədən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun cəzalandırılmasını istəyir.
“turaninsesi.az” xəbər verir ki, Mourinyo rəqib futolçularını meymuna bənzədib.
“Qalatasaray”ın bununla bağlı yaydığı bəyənatda isə portuqaliyalı məşçinin əxlaqsız fikirlər səsləndirdiyi və bunun klubu hədsiz dərəcədə narazı saldığı qeyd olunub.
“Qalatasaray” Mourinyonu irqçilikdə ittiham edib: “Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqının ünvanına aşağılayıcı ifadələr işlədən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo indi də qeyri-insani ifadələr işlədib. Joze Mourinyonun irqçi ifadələri ilə bağlı prokurorluğa, UEFA və FİFA şikayət edəcəyimizi bildirmək istəyirik”.