Fransa futbolunda “kim millidir” mübahisəsi
Fransada ifrat sağçı Milli Birlik partiyasının lideri Cordan Bardella qalmaqallı açıqlama verib.
“turaninsesi.az” xəbər verir ki, diqqəti Fransa seçməsinin daha çox məğribli və qaradərili futbolçulardan təşkil edilməsinə çəkən siyasətçi onun ölkəni təmsil etmədiyini iddia edib.
Cordan Bardellanın bu açıqlaması Fransa ictimaiyyətində birmənalı qarşılanmayıb.
Fransa milli komandasında çıxış etmiş futbolçuların bir çoxu etnik fransız deyil. “Xoruzlar”ın heyətində çıxış etmiş məşhur oyunçulardan Zinəddin Zidan Əlcəzair, Tyeri Anri Quvadelupa, Mişel Platini İtaliya, Klyan Mbabbe isə Kamerun əsillidir.