Türkiyə Superliqası: Osimhenin dublu “Qalatasaray”a qələbə qazandırdı
Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
“turaninsesi.az” xəbər verir ki, turun son matçında lider “Qalatasaray” səfərdə “Çaykur Rizespor”la qarşılaşıb.
Olduqca gərgin keçən matçda qonaqlar qələbə qazanıblar – 2:1.
Beləliklə də, hazırda “cim-bom” 63 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 6 xal qabaqlayır.