Azərbaycanda HPV peyvəndi pulsuz olacaq

Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndi yaxın gələcəkdə Azərbaycanda da pulsuz olacaq.

turaninsesi.az” xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib: “Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik. Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv yoldur”.

Hande Harmancı qeyd edib ki, Səhiyyə Nazirliyi və DST bu vaksinin peyvənd təqviminə salınmasında maraqlıdır.

Uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq DST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI