AFFA klubları cərimələdi
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-4-127.jpeg)
“Neftçi” klubu azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün “Neftçi” 1500 manat cərimələnib.
1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.