Avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklik – DİN

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Bu barədə “turaninsesi.az”-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, həmin mərkəzlər həftənin 1 və 4-cü günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI