Mbappe rekorda imza atdı
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-6-45.jpeg)
Fransa millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.
“turaninsesi.az” xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
O bunu La Liqanın XXIII turunda “Atletiko”ya qarşı matçda (1:1) qol vurmaqla reallaşdırıb.
Bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştianu Ronaldu isə 302 xal toplamışdı.