Azərbaycanlı futbolçu “Qalatasaray”a qol vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Türkiyə Kubokunun matçında “Qalatasaray”ı qəbul edib.

turaninsesi.az”  xəbər verir ki, oyunun 12-ci dəqiqəsində “Boluspor” hesabı açıb. Vüsal İsgəndərli fərqlənib. 

Buna baxmayaraq, C qrupunun II turunun qarşılaşması qonaların qələbəsi ilə yekunlaşıb – 4:1.

“Sarı-qırmızılar”ın heyətində Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmed Kutucu (75) fərqlənib.