Nazir: “Müəllimlik” ixtisası ləğv ediləcək

Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək.

turaninsesi.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

“Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”, – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə başlıca olaraq ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI