“Qarabağ” Julio Romao ilə sağollaşdı
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-4-46.jpeg)
“Qarabağ” klubu Julio Romao ilə yollarını ayırıb.
“turaninsesi.az” xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən Ağdam komandasında çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Romaonun karyerasını Macarıstanın “Ferensvaroş” klubunda davam etdirəcəyi gözlənilir.