Neymar məşqə şəxsi helikopterlə gedir

“Santos”un yeni transferi Neymar komandanı məşqinə hər gün Manqaratibadakı evindən gedir.

turaninsesi.az” xəbər verir ki, o, klubun bazasına şəxsi helikopteri ilə uçur.

33 yaşlı braziliyalı hələ Santosda ev almadığı üçün helikopterdən istifadə edir.

Futbolçunun nümayəndələri Morro de Santa Terezinya ərazisində malikanə almaq üzərində işləyirlər.

Neymar yanvarın 31-də “Santos” ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.