Sabahdan külək güclənəcək – SARI XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da güclü külək əsəcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq elan edib.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək.
Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.